“Liverpul”un hücumçusu Sadio Mane şəxsi həyatı ilə bağlı ilk dəfə açıqlama edib. Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı seneqallı futbolçu hələ də evlənməməyinin səbəbini deyib:
“Bir çox qızlar məndən niyə evlənmədiyimi soruşurlar. Amma təəssüf edirəm ki, vaxtını boşa keçirirsən. Evlənəcəyim qadın sosial şəbəkələrdən istifadə etməyəcək. Allaha hörmət edən, namaz qılan qadınla evlənmək istəyirəm”.
Mane 2016-cı ildən “Liverpul”da top qovur. O, ötən mövsümdə bütün turnirlərdə 51 matçda 23 qol vurub və 5 məhsuldar ötürmə edib.