2 fevral 2026. Bazar ertəsi

Qarabağ'ın rəqibi aşağı liqa təmsilçisinə uduzdu


Qarabağ'ın rəqibi aşağı liqa təmsilçisinə uduzdu

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Polşa "Lex"i yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Corner.az-ın məlumatına görə, Poznan təmsilçisi I Liqada çıxış edən "Vidzev"lə üz-üzə gəlib. Görüş aşağı liqa komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Lex" növbəti sınaq matçında "Poqon" klubu ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 23-də olacaq.

Qeyd edək ki, "Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO