5 dekabr 2025. Cümə

Casillasın son durumu


Casillasın son durumu

Məşq zamanı infarkt keçirən "Porto"nun qapıçısı İker Casillas son durumu ilə bağlı məlumat verib.

Corner.az xəbər verir ki, o, "Twitter" hesabında bununla bağlı yazıb: “Hər şey nəzarət altındadır. Böyük qorxu yaşadım, ancaq səhhətim yaxşıdır. Mesajlara və sevginiz üçün hər birinizə təşəkkür edirəm!”.

İ.Casillasın agenti Karlos Kurtopiya isə qapıçının indiyə kimi heç vaxt ürək probleminin olmadığını bildirib. O, belə vəziyyətin ilk dəfə yaşandığını vurğulayıb.

Qeyd edək ki, Casillasın bu mövsümün sonuna kimi oynamayacağı bildirilib. 







Xəbər news