5 dekabr 2025. Cümə

Messi ilə Ronaldonu müqayisə etməyin - Balotelli


Messi ilə Ronaldonu müqayisə etməyin - Balotelli

“Marseille”nin futbolçusu Mario Balotelli “Juventus”un hücumçusu Cristiano Ronaldoya söz atıb.

Corner.az xəbər verir ki, italyalı futbolçu, “Barcelona”nın Çempionlar Liqasının yarımfinalında “Liverpool”a qalib gəldiyi oyunda cərimə zərbəsindən qol vuran Lionel Messi haqda paylaşım edib. Balotelli, “İnstagram” hesabında etdiyi paylaşımda “Juventus”un hücumçusu Ronaldoya sataşıb:

“Messi fenomendir. Futbolun yaxşılığı üçün Messini “Juventus”un 7 nömrəsi ilə müqayisə etməyin”.

Qeyd edək ki, “Barcelona”nın “Liverpool”a 3:0 hesabıyla qalib gəldiyi oyunda Messi dubl edib.







Xəbər news