Futbol üzrə Qazaxıstan Premyer Liqasında 14-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi “Turan” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Akjayık”ı qəbul edib. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
Emil bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Hazırda 12 xalı olan “Turan” 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Balayevin “Turan”dan ayrılacağı və “Səbail”ə keçəcəyi ilə bağlı xəbərlər yayılıb.