26 noyabr 2024. Çərşənbə axşamı

Qərbi Zəngəzur üçün status...- Niyə də olmasın?!


Qərbi Zəngəzur üçün status...- Niyə də olmasın?!
“44 günlük müharibədən sonra tarixdə çox az analoqu ola bilən və ya olmayan bir məsələdir ki, qalib dövlət kapitulyasiya aktına qol çəkmiş məğlub dövlətə özünü toparlayıb, ayağa qalxmaq, siyasi, iqtisadi, psixoloji cəhətdən düşmüş olduğu uçurumdan çıxmağa qeyd-şərtsiz bu qədər şans verir, şərait yaradır, hətta köməyini təklif edir”.

Corner.az xəbər verir ki, bu sözləri Modern.az-a Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli deyib. O qeyd edib ki, erməni kimi yırtıcı, qaniçən millətə köməyimizi təklif etməyimiz onlar üçün böyük jest olmalıdır:
“Biz son iki yüz ildə öz faşist xisləti ilə xalqımıza dəfələrlə xəyanət edən, arxadan zərbə vuran, millətimizin saysız-hesabsız bəlalara düçar olmasına səbəb olan, son 30 ildə işğal altında saxladığı ərazilərimizdə insanlarımıza, abidələrimizə, məzarlarımıza, təbiətimizə qarşı ağılasığmayan vandallıqlar törədən, yaşayış məntəqələrimizi vəhşicəsinə yer üzündən silən bir düşmənə sülh üçün şərait yaradırıq. Bunları niyə edirik? Bölgəyə birdəfəlik sülh, əmin-amanlıq gəlməsi üçün edirik. İnsanlar normal həyata qayıtsınlar, daha ölüm-itim, faciələr olmasın deyə edirik. Amma yenə də əvəzində qarşı tərəfdən nə görürük? Düşmənçilik, təxribat, təhdid, şərt və s. Biz insanlıq nümayiş etdirdikcə erməni qudurmaqda və müxtəlif tələblər irəli sürməkdə davam edir.
Təsəvvür edin, Azərbaycan Şuşanı bərpa edir, Şuşanı Azərbaycanın, Türk dünyasının mədəniyyət mərkəzinə çevirib, burada hər ay, az qala hər gün tədbirlər, regional və beynəlxalq forumlar, festivallar keçirilir, erməni isə o tərəfdən hinduşka başını uzadıb deyir Şuşaya, Hadruta qayıdacağıq. Bu, bir daha sübut edir ki, erməni dediyimiz bu toplum xəstədir”.




Əziz Ələkbərlinin sözlərinə görə, Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunun açılışındakı nitqində bir daha bildirdi ki, Azərbaycanın Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə və ölkəmizdəki digər azsaylı xalqlarla bərabər səviyyədə hüquqlarının qorunmasına hər cür təminat verməyinə baxmayaraq, Ermənistan hökuməti dırnaqarası “Dağlıq Qarabağ”ın statusu ilə bağlı fikirlər səsləndirməkdə davam  edir:

“Bu, tamamilə sərsəmlikdir və Ermənistanın özü üçün təhlükəlidir. Cənab Prezident ermənilərə bir daha xatırlatdı ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı bir inzibati struktur yoxdur, 30 ildir mövcud deyil. “Dağlıq Qarabağ Muxtar Vilayəti” deyilən qurum Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib, Ermənistan hökuməti bunu anlamalıdır və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb.

Cənab Prezident İlham Əliyev həmin nitqində Ermənistana bir daha xatırlatdı ki, “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq”.

Bu, bilirsinizmi nə deməkdir? Bu, o deməkdir ki, Azərbaycan dövləti Cənubi-Qafqazda Ermənistan adlı bir dövlətin varlığını qəbul etmir. Əslində buna Azərbaycanın tam tarixi hüququ var. Çünki Cənubi Qafqazda tarixən erməni dövləti deyilən bir dövlət və erməni xalqı deyilən bir xalq olmayıb, onların hər ikisi iki yüz il əvvəl çar Rusiyasının Cənubi Qafqaza hərbi təcavüzü (zorlaması) nəticəsində dünyaya gəlmiş bic etnik toplum və bic dövlətdir”.

Ölkə başçısının forumda çıxışına bir daha toxunan deputat qeyd edib ki, prezidentin “Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin?” fikirləri çox önəmli siyasi mesajdır:

“Əslində, bu, son iki yüz ildə deportasiya və soyqırımlara məruz qalaraq dədə-baba yurdlarından vəhşicəsinə qovulmuş yüz minlərlə soydaşımızın və onların milyonlarla varisinin tarixi-hüquqi haqqıdır. Qərbi Azərbaycan İcması olaraq bu, bizim mübarizəmizin vazkeçilməz hədəfidir. Qarabağda 25 min cinayətkar erməniyə status tələb edən Ermənistan indiki Ermənistan ərazisindən özünü, dədə-babasını qovub didərgin saldığı milyonlarla azərbaycanlının geri qayıdıb, Zəngəzurda, Göyçədə yaşaması, lazım gələrsə, ən yüksək status alması haqqını mütləq tanımalıdır və təmin etməlidir. Çünki o torpaqlar Azərbaycan xalqının əzəli torpaqlarıdır və biz bu gün orada yaşayan ermənilərə vaxtilə torpağımızda, evimizdə, tövləmizdə sığınacaq vermiş, onlarla çörəyimizi bölmüşük.

Ermənistan dövləti tərəfindən Qərbi Azərbaycan qaçqınlarının hüquqları tanınmadan Ermənistanla hər hansı razılaşmadan söhbət gedə bilməz. Bu, Qərbi Azərbaycan İcmasının qəti mövqeyidir və cinayətkar Ermənistan dövləti və erməni xalqı birdəfəlik bunu bilməlidir”.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir