25 oktyabr 2024. Cümə

Millidən qovuldu – Rusiyada oynadığına görə


Millidən qovuldu – Rusiyada oynadığına görə
Rusiyanın “Spartak” (Moskva) klubunun futbolçusu Matsey Rıbus Polşa millisindən kənarlaşdırılıb. Corner.az Polşa Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, buna 33 yaşlı futbolçunun Moskva klubunda çıxışını davam etdirməsi səbəb olub.
 
Polşa yığmasının baş məşqçisi Çeslav Mixneviç komandanın son toplanışından sonra oyunçu ilə görüşərək, Ukraynadakı müharibə ilə bağlı yaranmış siyasi vəziyyətə görə ona qarşıdakı matçlarda dəvət göndərməyəcəyini bildirib. Rıbus bu il Qətərdə keçiriləcək dünya çempionatında da iştirak edə bilməyəcək.
 
Rıbus iyunun 11-də Moskva “Lokomotiv”ini “Spartak”a dəyişib.






Xəbər news