5 dekabr 2025. Cümə

Ərəblər PSG-dən imtina edir?


Ərəblər PSG-dən imtina edir?

PSG-nin maliyyə durumu yaxın bir neçə il ərzində xeyli pisləşə bilər.

Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisinin qətərli səhmdarları 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra klubun büdcəsini azaltmağı planlaşdırır. Hətta onların klubdan gedəcəyi də iddia olunur.

Xəbərdə bildirilir ki, iş adamlarını bu addımı atmağa məcbur edən onlara qarşı yönələn tənqidlərdir. Qətərlilərin fikrincə, Fransada ölkələri tez-tez tənqid olunur və yerli futbol hakimiyyəti onlara dəyər vermir. Bundan başqa, klub sahibləri komandanın nəticələrindən və yüksək vergilərdən də məmnun deyil.

Qətərli iş adamları 2011-ci ildə klubu aldıqdan sonra Fransa hakimiyyətinə 1 milyard avrodan çox vergi ödəyiblər.







Xəbər news