5 dekabr 2025. Cümə

"Guardiola və Kloppun yerində olmaq istəyərdim" - Mourinho


"Guardiola və Kloppun yerində olmaq istəyərdim" - Mourinho

“Manchester United”in sabiq baş məşqçisi Jose Mourinho “Liverpool” və “Manchester City”nin baş məşqçiləri haqqında maraqlı açıqlama verib.

Corner.az Britaniya mətbuatına istinadən məlumat verir ki, portuqaliyalı mütəxəssis Pep Guardiola və Jurgen Klopp qədər dəstəklənmədiyini deyib: “Klublar məşqçilərin arxasında dayansa, daha yaxşı nəticə əldə edərlər. Klopp və Guardiolanın iş şəraitinə sahib olmaq istərdim. “Liverpool”un start 11-liyinə baxın. Neçə futbolçu Kloppdan əvvəl də vardı? Guardiola cinah oyunçularından narazı olduğunu demişdi. Yaz transfer pəncərəsində bu mövqeyə 4 futbolçu aldı. Kladio Bravodan razı qalmadı və həmin günün səhərisi Ederson Moraesi heyətlərinə qatdılar. “Liverpool”u artıq 3 il yarım çalışdırsa da, heç bir kubok qazanmayan Kloppa davamlı dəstək nümayiş etdirilir. Komandasının bu il kubok qazanmaq üçün önəmli şansları var”.







Xəbər news