İspaniya millisinin və “Barcelona”nın sabiq futbolçusu Xavi Ernandes karyerası ilə bağlı qərarını verib.
Corner.az xəbər verir ki, 39 yaşlı futbolçu “AS” nəşrinə açıqlamasında mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini açıqlayıb. O, məşqçiliyə başlamaq istədiyini bildirib.
Qeyd edək ki, Xavi hazırda Qətərin "Əl Sədd" klubunda çıxış edir.