6 dekabr 2025. Şənbə

Rusiya yığması yoxlama oyunu keçirəcək


Rusiya yığması yoxlama oyunu keçirəcək
Futbol üzrə Rusiya yığma komandası bu ilin payızında Səudiyyə Ərəbistanı millisi ilə yoxlama oyunu keçirəcək. Corner.az xəbər verir ki, bu barədə Rusiyanın “Çempionat” portalı məlumat yayıb.
 
Ötən gün Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukov payızda Rusiyada yoldaşlıq oyunu keçirmək istəyindən danışıb. Hazırda Rusiya millisi bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb ki, bu da rəsmi oyunların keçirilməsinə imkan vermir. Buna görə də, komanda yoldaşlıq görüşlərinin keçirilməsi ilə bağlı razılığa gəlməyə çalışır.
 
FİFA və UEFA Rusiyanın milli komandalarını, klublarını bütün yarışlardan kənarlaşdırıb.






Xəbər news