Bu gün UEFA Region Kubokunun ilkin seçmə mərhələsinin 2-ci qrupunda ilk oyun keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Cəbrayıl” Belarusun “Kolos” komandası ilə üz-üzə gəlib. Polşa və İsraildən olan hakimlərin idarə etdiyi matçda Azərbaycan komandası məğubliyyətlə üzləşib. Şamaxıda baş tutan oyunda hesabı 10-cu dəqiqədə Mehman Süleymanlı açıb. Lakin 40-cı dəqiqədə Babək Allahverdiyev qırmızı vərəqə alaraq, “Cəbrayıl”ı azlıqda qoyub. Qonaqlar say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıblar və əzmkar qələbə qazanıblar.
Bu iki komanda arasında iyunun 24-də daha bir qarşılaşma baş tutacaq.
Xatırladaq ki, 1-ci qrupun ilk tur matçında Gürcüstanın “Basiani” komandası Estoniya təmsilçisi “Tallinna Zapoos”u 3:1 hesabı ilə yenib. İlkin mərhələnin bütün oyunları Azərbaycanda keçirilir.
UEFA Region Kuboku
İlkin mərhələ, 2-ci qrup
24 iyun
Kolos – Cəbrayıl 2:1
Qol: Denis Simançik, 62. Aleksandr Paleşçuk, 74 - Mehman Süleymanlı, 10.
Qırmızı vərəqə: Babək Allahverdiyev, 40 (“Cəbrayıl”).
Baş hakim: Damian Silvestrjak, Bartoş Kaşinsk (hər ikisi Polşa), Paskal Hirzel, Luka Sibelli (hər ikisi İsveçrə).
Şamaxı şəhər stadionu.