26 may 2026. Çərşənbə axşamı

Yeni müqavilə bağladı, 2023 dönər kababı sifariş etdi


Yeni müqavilə bağladı, 2023 dönər kababı sifariş etdi
Almaniyanın “Herta” klubunun futbolçusu Kevin-Prins Boatenq klubla müqaviləsinin müddətini uzadıb. Corner.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi yeni müqaviləyə əsasən 2023-cü ilin yayına qədər Berlin komandasının uğurları üçün çalışacaq.
 
O, müqaviləni yeniləməsi münasibəti ilə qeyri-adi addım atıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, futbolçu “Herta” azarkeşləri üçün 2023 ədəd dönər kababı sifariş edib. Dönərlər “Herta”nın yeni mövsümdəki ilk oyunundan bir gün əvvəl paylanacaq. Paytaxt təmsilçisi iyulun 31-də “Ayntraxt”la qarşılaşacaq.
 
Kevin-Prins Boatenq “Herta”da ötən mövsüm 20 oyuna çıxsa da, fərqlənə bilməyib.






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı