26 noyabr 2024. Çərşənbə axşamı

Mən Bavariya'da oynayanda Seneqalda heç kim işləməyəcək


Mən Bavariya'da oynayanda Seneqalda heç kim işləməyəcək
“Bavariya”nın yeni transferi Sadio Mane vətəni Seneqalda necə sevildiyi ilə bağlı danışıb. Corner.az xəbər verir ki, 30 yaşlı hücumçu Münhen klubunun rəsmi saytına açıqlamasında bunları deyib:
 
“Mən oynadığım gün Seneqalda heç kim işləmir. Bu, tətil kimidir. Televiziyada hamı məni izləyir. İndi mən Münhendəyəm. Mən “Bavariya”da oynayanda da Seneqalda heç kim işləməyəcək.
 
Hazırda əsas arzum “Bavariya” ilə mümkün olan bütün kubokları qazanmaqdır. Bu, ən çox istədiyim şeydir”. 
 
“Bavariya” seneqallı futbolçu ilə 3 illik müqavilə imzalayıb.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir