Polşanın “Visla” (Plotsk) komandası yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi bu komanda ikinci sınaq matçında Qdansk “Lexiya”sı ilə qarşılaşıb.
9 qolun qeydə alındığı matçda futbolçumuzun komandası məğlubiyyətlə üzləşib - 3:6.
Baş məşqçi Pavol Stano bu görüşdə bütün futbolçulara şans verib. Krivotsyuk da matçın gedişində meydana daxil olub.