- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycan çempionu “Qarabağ” bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb. Corner.az xəbər verir ki, Ağdam təmsilçisi Rumıniyanın yüksək liqasına mübarizə aparan “Botoşani” ilə üz-üzə gəlib.
Kössen stadionunda təşkil olunan matç Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv üçün uğurlu baş tutub. İlk hissədə üç qol vuran “köhlən atlar” fasilədən sonra daha bir dəfə fərqlənərək darmadağınla qalib gəlib.
“Qarabağ”ın növbəti oyunları iyunun 29-da olacaq. Komanda həmin gün “Holştayn Kil” (Almaniya) və “Universitatya” (Krayova, Rumınya) ilə üz-üzə gələcək.
Yoxlama oyunu
25 iyun
Qarabağ – Botoşani 4:0
Qol: K.Borges, 11. M.Veşoviç, 15. İ.Vadji, 40; 58.
Kössen stadionu.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5 Maksim Medvedev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.