2 fevral 2026. Bazar ertəsi

Balayevsiz Turan'dan qələbə


Balayevsiz Turan'dan qələbə
Futbol üzrə Qazaxıstan çempionatında 15-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Turan” da növbəti maçtına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Aktau “Kaspi”sinin qonağı olub. Futbolçumuzun komandası bu oyunda inamlı qələbə qazanıb – 2:0.
 
Emil bu görüşün iştirakçısı olmayıb. Millimizin qolkiperi matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
 
“Turan” 15 turdan sonra 15 xalla 14 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO