26 noyabr 2024. Çərşənbə axşamı

Hələ ölməmişəm, uğur qazanmaq istəyirəm


Hələ ölməmişəm, uğur qazanmaq istəyirəm

"Hələ ölməmişəm, yenidən uğur qazanmaq istəyim var".

Corner.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi gələcək karyerası barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, yenidən uğur qazanmaq arzusundadır: "Bunun klub va ya yığma olması elə də önəmli deyil. Hələlik isə Azərbaycan millisinin sükanı arxasındayam. 2022-ci ilin sentyabrınadək müqaviləm var".

 Azərbaycandakı həyatına da toxunan 65 yaşlı baş məşqçi Bakıda tək yaşadığını söyləyib: "Həyat yoldaşım Konelyanodadır, qızım isə Padua universitetində oxuyur. Yemək bişirməyi bilirəm, həmçinin, burada italyan restoranları var".

Ötən ilin dekabrında koronavirusa yoluxduğunu deyən De Byazi xəstəliyi ağır keçirdiyini əlavə edib: "Yeddi kiloqram arıqladım. Amma sağaldım".







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir