- Xəbər news
- 22:34 14.11.2024
"Neftçi"nin yeni baş məşqçisi Laurentsiu Regekampfın sağlam qidalanmaq üçün tikdirdiyi ferma sonradan böyük biznesə çevrilib.
Corner.az-ın məlumatına görə, bu barədə rumıniyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlama verib.
O, bu işə az sayda ev heyvanı ilə başladığını bildirib:
"Bunu əvvəlcə özüm üçün yaratmışdım. Birləşmiş Ərəb Əmirliklərində işləyərkən çox yeyirdim. Analiz verdim və mənə sağlam qidalanmalı olduğumu dedilər. Bunu düşünərək ferma tikdirdim. Bundan sonra 94-95 kiloqramadək arıqladım. Əvvəlcə orada cəmi bir neçə toyuq, inək, donuz və qoyun var idi. İndi isə minə yaxın, bəlkə də daha çox heyvan var. Bura çox böyük təsərrüfat və həm də kəsimxanadır".
Yerli mətbuatın iddiasına görə, 46 yaşlı baş məşqçi hazırda həmin fermadan yaxşı gəlir əldə edir.
Qeyd edək ki, "Neftçi" Laurentsiu Regekampfla 2 illik müqavilə imzalayıb.