25 oktyabr 2024. Cümə

Roma Barselona ilə matçdan imtina etdi


Roma Barselona ilə matçdan imtina etdi
"Barselona”nın klubun qurucusu Joan Qamperin xatirəsinə keçirdiyi Qamber kubokunda buillki rəqibi “Roma” olmayacaq. Corner.az xəbər verir ki, İtaliya təmsilçisi bu oyundan imtina edib.
 
Bu barədə "canavarlar"ın rəsmi saytı məlumat yayıb. Sözügedən klubların həm kişi, həm də qadın komandaları üz-üzə gəlməliydi. Görüşlərin avqustun 6-da “Kamp Nou”da keçirilməsi nəzərdə tutulmuşdu. Amma romalılar konkret bir səbəb göstərmədən İspaniyaya yollanmaqdan imtina ediblər.
 
Xatırladaq ki, “Roma” daha əvvəl 2015-ci ildə Qamper Kubokunda iştirak etmişdi. Paytaxt klubu həmin vaxt "Barselona"ya 0:3 hesabı ilə məğlub olmuşdular.
 
Artıq Kataloniya klubu da “Roma”nın bu kubokdan imtinası barədə məlumat yayıb. “Barselona” yeni rəqib axtarışına start verildiyini bəyan edib. Eyni zamanda, klubun hüquq departamenti razılaşdırılmış müqavilədən imtinaya görə “Roma”dan kompensasiya tələbi imkanlarını araşdırır.






Xəbər news