26 may 2026. Çərşənbə axşamı

Mahir qol vurdu, Dinamo yenə darmadağına sevindi


Mahir qol vurdu, Dinamo yenə darmadağına sevindi
Xorvatiya çempionu “Dinamo” yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoxlama oyununa çıxıb. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqreb təmsilçisi Sloveniyanın “Nafta 1903” komandası ilə qarşılaşıb.
 
Zaqreblilər bu görüşdə darmadağınla qalib gəliblər – 3:0. Mahir də bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra, 46-cı dəqiqədə meydana buraxılıb və sonadək mübarizə aparıb. Komandasının sonuncu qoluna da 83-cü dəqiqədə Emreli imza atıb.
 
Xatırladaq ki, “Dinamo” ilk sınaq matçında Şimali Makedoniyanın “Şkendiya” komandasına da 3:0 hesabıyla qalib gəlmişdi.






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı