2 fevral 2026. Bazar ertəsi

Visla'dan bir gündə iki qələbə – Krivotsyuksuz


Visla'dan bir gündə iki qələbə – Krivotsyuksuz
Polşanın “Visla” (Plotsk) komandası yeni mövsümə hazırlıq çərçivəsində daha iki yoxlama oyununa çıxıb. Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi bu komanda bir gündə iki sınaq matçına çıxıb.
 
Sözügedən kollektiv əvvəlcə Polşanın aşağı liqa təmsilçisi “Raduniya Stenjiç” komandası ilə üz-üzə gəlib və 3:2 hesabıyla qalib gəlib. Plotsk klubu bu ölkənin digər təmsilçisi “Arka”ya qarşı ikinci oyundan da 2:0 hesablı qələbə ilə ayrılıb.
 
Krivotsyuk bu görüşlərin heç birinin iştirakçısı olmayıb. Daha öncə baş tutan “Xoyniçanka” (1:1) və “Lexiya Qdansk” (3:6) ilə yoxlama görüşlərində forma geyinmiş millimizin futbolçusuna son iki matçda ehtiyac duyulmayıb. 






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO