- Xəbər news
- 21:58 14.03.2026
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" ilk yoxlama oyununu keçirib.
Corner.az-ın məlumatına görə, "qartallar" Rumıniyanın I Liqasında çıxış edən "Hermanştadt"la üz-üzə gəlib. "Koru" otelin meydançasında baş tutan görüşdə Rəşad Sadıqovun çalışdırdığı komandası 1:2 hesabı ilə məğlub olub.
Qarşılaşmada hesabı "Zirə" açıb. Hamidu Keyta 25-ci dəqiqədə fərqlənib. İlk hissə Azərbaycan təmsilçisinin minimal hesablı üstünlüyü ilə başa çatsa da, rəqib ikinci yarıda geri dönüş edərək, qalib gəlib.
Qeyd edək ki, "Zirə"nin Bolu toplanışında daha 2 yoxlama oyunu nəzərdə tutulub.