6 dekabr 2025. Şənbə

Qarabağ'da sonradan mərkəz yarımmüdafiəçisinə çevrildim


Qarabağ'da sonradan mərkəz yarımmüdafiəçisinə çevrildim

"Ötən mövsüm Konfrans Liqasında mövsümün ən yaxşı 5 futbolçusu arasında yer aldım. Ən böyük üstünlüyüm komanda oyunçusu olmağımdır. Hər şey komandanın uğuru üçün olmalıdır".

Corner.az-ın məlumatına görə, bunu "Qarabağ"ın sabiq futbolçusu Patrik Andrade ötən mövsümdəki çıxışı barədə danışarkən deyib.

Kabo-verdeli yarımmüdafiəçi, Ağdam təmsilçisinə keçdiyi ilk vaxtlarda bəzən cinah yarımmüdafiəçisi kimi oynadığını bildirib: "Amma sonda mərkəz yarımmüdafiəçisinə çevrildim".

Qeyd edək ki, 29 yaşlı oyunçu yay fasiləsində "Qarabağ"ı Serbiya "Partizan"ına dəyişib







Xəbər news