26 noyabr 2024. Çərşənbə axşamı

Həyatımın ən yaxşı 3 ilini həbsxanada keçirmişəm


Həyatımın ən yaxşı 3 ilini həbsxanada keçirmişəm

"Həyatımın ən yaxşı 3 ilini həbsxanada keçirmişəm".

Corner.az-ın məlumatına görə, bunu ABŞ-ın əfsanəvi boksçusu Mayk Tayson "Pivot Podcast"a açıqlamasında deyib.

56 yaşlı keçmiş dünya çempionu həbsxanada dinclik tapdığını bildirib: "Həyatınızda sakitlik, sabitlik və balans yoxdursa, pul heç bir əhəmiyyət daşımır. Yaxşı qidalanırdım, hamı mehriban idi və mənimlə yaxşı davranırdı".

Təcrübəli boksçu həbsdə olduğunu müddətdə də məşq etdiyini söyləyib: "Həyətdə 12-14 km qaçır, axşamlar kameramda dörd saat tullanırdım. Hamı məndən qorxurdu. Amma mən orada həmişə yaxşı insan olmuşam".

Qeyd edək ki, Mayk Tayson 1992-ci ildə ABŞ gözəllik kraliçası Desire Vaşinqtona təcavüz etdiyi üçün altı il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının üç ilini həbsxanada çəkib.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir