Futbol üzrə Latviya çempionatında 20-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Asim Əlizadənin çıxış etdiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə RFS-in qonağı olub. Futbolçumuzun komandası bu oyunda böyükhesablı məğlubiyyətlə üzləşib– 0:4.
Asim də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
20 turdan sonra 24 xalı olan “Dauqavpils” 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.