- Xəbər news
- 22:34 14.11.2024
Corner.az xəbər verir ki, "Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin rəhbəri Emin Tarverdiyev ölkənin idman ictimaiyyətinə müraciət edib.
Müraciəti diqqətinizə çatdırırıq:
Əziz idmancılar, mütəxəssislər, məşqçilər, funksionerlər, idmansevərlər!
Bildiyiniz kimi, 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ savaşında 3000-dək igid, qorxmaz oğullarımız şəhid oldular. Onların arasında idman sahəsində olanlar heç də az deyildi...
“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyi olaraq hər zaman şəhidlərimizin adını yaşatmağa, qazilərimizin yanında olmağa çalışdıq.
2021-ci ilin sentyabrın 26-da İkinci Qarabağ müharibəsinin başlanmasının birinci ildönümündə Tərtər rayon İcra Hakimiyyətinin dəstəyi ilə Tərtər rayon Şıxarx qəsəbəsində “Vətən Bağı” Şəhidlər Parkının təməlini qoyduq.
150-dək şəhid valideyni, qazilərimiz və ictimai fəallarla həmin bağda 4000-dək meyvə ağacı əkildi. 7 noyabr 2021-ci ildə həmin parkın girişinə “Dəmir Yumruq” və “Xarı Bülbül” metal konstruksiyasını quraşdırdıq, bir şirkət tərəfindən bulaq inşa olundu.
Geridə qalan 10 ayda xeyli şirkətlərlə danışıqlar apardıq ki, həmin parkın damcı suvarma sisteminin qurulmasına nail olaq. Təəssüflər olsun ki, onlardan səsimizə səs verən olmadı.
22 may 2022-ci il tarixində yenidən şəhid valideynləri və qazilərimizlə birgə həmin parkda olduq, 8 ay öncə əkilən bir çox ağac artıq bar vermişdi. Həmin anda şəhid valideynlərinin o sevincini görmək insanda tam başqa aura yaradırdı...
Əziz idman ictimaiyyətinin nümayəndələri!
“Vətən Bağı” Şəhidlər Parkının damcı suvarma sisteminin qurulması üçün lazım olan 12 min manatın 3 min manatını ictimai fəallar və dostlarımız sayəsində toplaya bildik.
Geridə qalan məbləğin toplanması və həmin parkda damcı suvarma sisteminin qurulmasında idman ailəsindən da dəstək gözləyirik. Səsimizə səs verməyiniz ümidi ilə,
Emin Tarverdiyev, “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri.
Bank kartının nömrəsi:
4098 5844 6432 2559
Son bitmə tarixi: 05/27
(Leo Bank – Emin Tarverdiyev)