25 oktyabr 2024. Cümə

Ötən mövsümün ən yaxşı 10 futbolçusu açıqlandı


Ötən mövsümün ən yaxşı 10 futbolçusu açıqlandı
2021/22 mövsümünün ən yaxşı futbolçularının siyahısını dərc olunub. Corner.az “Marca”ya istinadən xəbər verir ki, reytinq dünyanın müxtəlif ölkələrindən olan 60-dan çox jurnalist və ekspertdən ibarət münsiflər heyəti tərəfindən formalaşdırılıb.
 
“Real”ın hücumçusu Kərim Benzema mövsümün ən yaxşı futbolçusu seçilib.
 
İkinci yeri Madrid klubunun qapıçısı Tibo Kurtua tutub. “Real”ın digər hücumçusu Vinisius Junior isə üçüncü yerdə qərarlaşıb.
 
2021/22 mövsümünün ən yaxşı 10 futbolçusu:
 
1. Kərim Benzema (Real)
 
2. Tibo Kurtua (Real)
 
3. Vinisius Junior (Real)
 
4. Məhəmməd Salah (Liverpul)
 
5. Kilian Mbappe (PSJ)
 
6. Luka Modriç (Real)
 
7. Kevin de Bruyne (Mançester Siti)
 
8. Robert Levandovski (Bavariya)
 
9. Vircil van Dayk (Liverpul)
 
10. Sadio Mane (Liverpul – Bavariya)






Xəbər news