Yeni mövsümə hazırlığı davam etdirən Polşanın "Visla" komandası daha bir yoxlama oyununa çıxıb. Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi Plotsk təmsilçisi “Rakuv”la iki görüş keçirib.
Krivotsyuk ilk matçda iştirak edib. Millimizin üzvünün start heyətdə yer aldığı oyun komandası böyük hesablı məğlubiyyətlə üzləşib 0:3.
“Visla”nın baş məşqçisi eyni rəqiblə ikinci oyunda fərqli futbolçuları meydana buraxıb ki, Anton bu oyunda ehtiyatda qalıb. Həmin oyunda isə Plotsk təmsilçisi 3:0 hesablı qələbə qazanıb.