Futbol üzrə Qazaxıstan çempionatında 16-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Turan” da növbəti maçtına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Tobol” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Emil bu görüşün iştirakçısı olmayıb. Millimizin qolkiperinin adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Turan” 16 turdan sonra 16 xalla 14 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.