- Xəbər news
- 22:34 14.11.2024
“Liverpul”un keçmiş futbolçusu Maykl Ouenin qızı Cemma Ouen Britaniyanın “Love Island” realiti-şousunda erotik rəqs nümayiş etdirib.
Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, bodi, corab və dikdaban ayaqqabı geyinən 19 yaşlı Cemma kişilərin qarşısında seksual rəqs edib.
42 yaşlı keçmiş futbolçunun qızının rəqsinin yayımı zamanı gözlərini bağlayan emoji ilə “tvitter”də paylaşım edib.
“Sevgi adası” realiti-şousunun qaydalarına görə, adada məskunlaşan iştirakçılar özlərinə həyat yoldaşı tapmalıdır. Qalib gələn cütlük 50 min funt-sterlinqin sahibi olacaq.
Bildirək ki, Ouenin 3 qızı var.