5 dekabr 2025. Cümə

Rüfət oynadı, komandası qələbə qazandı


Rüfət oynadı, komandası qələbə qazandı

Almaniyanın ikinci bundesliqasında 36-cı turun oyunları davam edir.

Corner.az-ın məlumatına görə, millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" klubu səfərdə "Hallaşer"in qonağı olub. Görüş Münster təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Rüfət matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Proyssen" klubu 36 turdan sonra 52 xalla 6-cı pillədə qərarlaşıb. "Hallaşer"in isə 60 xalı var və 4-cüdür.







Xəbər news