25 oktyabr 2024. Cümə

Fanatlar yeni baş məşqçini mətbuat konfransından qovdu - VİDEO


Fanatlar yeni baş məşqçini mətbuat konfransından qovdu - VİDEO
Sloveniyanın “Olimpiya” (Lyublyana) klubunun azarkeşləri baş məşqçi Robert Prosineçkinin istefaya göndərilməsi ilə bağlı narazıqlarını bildiriblər. Corner.az xəbər verir ki, “Olimpiya” azarkeşləri komandanın “sükanı arxasına” keçən Albert Rieranın təqdimatı üçün təşkil olunan mətbuat konfransına basqın ediblər.
 
Üzlərində maska olan fanatlar ispaniyalı mütəxəssisə hədə-qorxu gəliblər. Nəticədə, Riera konfrans zalından ayrılıb.
 
Sloveniya mətbuatı Prosineçkinin klub rəhbərliyi ilə fikir ayrılığına və içki aludəçisi olduğuna görə qovulduğunu yazıb.
 
Prosinçeki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. “Qalatasaray”da köməkçi-məşqçi kimi çalışan Riera isə bir neçə gün öncə İstanbul təmsilçisindən ayrılmışdı.
 







Xəbər news