Şəki şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov 4 iyul 2022 ci tarixində Şəki şəhərində Olimpiya idman kompleksində təlim məşq toplanışında iştirak edən Boccia atletləri ilə görüş keçirdi.
Corner.az xəbər verir ki, Elxan Usubov boccia atletləri ilə yaxından tanış olaraq bu yaxınlarda Xorvatiyanın Zaqreb şəhərində qələbə qazanmaqları münasibəti ilə təbrik edərək yeni uğurlar arzuladı.Bundan əlavə Elxan Usubov bocciaçıları 7 İyul tarixində "İpək Yolu Beynəlxalq Musiqi Festivalına" dəvət etdi.
2010-cu ildən etibarən qədim diyarımız olan Şəkidə Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İpək yolu” Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu il sənətsevərlər və həmçinin siz də on birinci dəfə festivalın şahidi olacaqsınız Bizim üçün də sizin iştirakınız sevindirici olar.
#Boccia #Sheki #Boccia2022 #Şəki