5 dekabr 2025. Cümə

Bayern'dən Robben və Ribery açıqlaması


Bayern'dən Robben və Ribery açıqlaması

“Bayern Munich” mövsümün sonunda klubla müqaviləsi bitəcək Franck Ribery və Aryen Robbenlə bağlı açıqlama yayıb.

Corner.az klubun saytına istinadən xəbər verir ki, açıqlamada, hər iki futbolçunun mövsümün sonunda komandadan ayrılacağı bildirilib.Klub prezidenti Karl-Haynts Rummenigge də hər iki futbolçunun ayrılığı ilə bağlı açıqlama verib:

“Robben və Ribery möhtəşəm futbolçulardır.Onlar “Bayern”nin ən uğurlu 10 ilini fantastik oyunları ilə bəzədilər”.

Məlumatda,  Riberynin də fikirlərinə yer verilib: “Bayern"ə gələndə, bir xəyalım gerçəkləşmişdi. Sağollaşmaq asan olmayacaq. Heç vaxt bacardıqlarımızı unutmamalıyıq”.

Qeyd edək ki, Ribery 12, Robben isə 10 ildir ki, Almaniya klubunun şərəfini qoruyur.







Xəbər news