- Xəbər news
- 01:00 22.01.2026
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununa çıxıb. Corner.az xəbər verir ki, Laurentsiu Regekampfın rəhbərlik etdiyi komanda Türkiyə 1-ci Liqasında çıxış edən “Sakaryaspor”la üz-üzə gəlib.
“The Sign Esentepe Hotel & Ski Cente”in stadionunda baş tutan görüşdə qalib müəyyənləşib.
Hesabı ilk hissədə “ağ-qaralar” açıblar. “Neftçi”ni yeni transferi Qodsvey Donyo fərqlənib. Amma Türkiyə təmsilçisi matçın 82-ci dəqiqəsində hesabı bərabərləşdirməyi bacarıb. Beləcə, bu matçda qalib müəyyənləşməyib.
“Neftçi” hazırlıq çərçivəsində bu oyundan əlavə daha 2 yoxlama matçı keçirməyi planlaşdırır.
Yoxlama oyunu
6 iyul
Neftçi – Sakaryaspor 1:1