- Xəbər news
- 21:58 14.03.2026
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün ikinci yoxlama oyununu keçirib. Corner.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı paytaxt təmsilçisi Türkiyə 1-ci Liqasında çıxış edən “Eyüpspor”la üz-üzə gəlib. Qarşılaşmada qapılara ümumiyyətlə qol vurulmayıb.
Xatırladaq ki, “Zirə” ilk yoxlama matçında Rumıniyanın “Hermanştadt” klubuna 1:2 hesabı ilə uduzmuşdu.
Yoxlama oyunu
6 iyul
Zirə – Eyüpspor 0:0