25 oktyabr 2024. Cümə

Dadaşov dubl etdi, Şalke 7 qola sevindi


Dadaşov dubl etdi, Şalke 7 qola sevindi
Almaniyanın “Şalke” klubunun U-23 komandası yeni mövsümə hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Corner.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun da formasını geyindiyi bu kollektiv Almaniyanın digər təmsilçisi “Sportfrunde Lotte” ilə qarşılaşıb.
 
Futbolçumuzun komandası bu oyunda darmadağınla qələbə qazanıb – 7:1. Rüfət də bu görüşün iştirakçısı olub. Komandasının iki qolunu da məhz Dadaşov imza atıb. Azərbaycanlı futbolçu 75 və 85-ci dəqiqələrdə fərqlənib






Xəbər news