- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli Xorvatiya "Hayduk"a qarşı Xorvatiya Super Kuboku uğrunda oyunu buraxacaq.
Corner.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç açıqlama verib.
O, 25 yaşlı hücumçu zədədən yeni qayıtdığı və hazır olmadığı üçün matçın iştirak ərizəsinə salınmadığını bildirib.
Qeyd edək ki, iyulun 9-da "Maksimir" stadionunda oynanılacaq "Dinamo" - "Hayduk" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.