6 dekabr 2025. Şənbə

Federasiyalarının optimallaşdırılması prosesi davam edir


Federasiyalarının optimallaşdırılması prosesi davam edir

"İdman federasiyalarının optimallaşdırılması prosesi davam edir".

Corner.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov ötən ay akkreditasiyası təsdiqlənən və statusu dayandırılan federasiyalar barədə öz qeydində yazıb.

Nazir bildirib ki, iyunda daha 9 federasiya ilə bağlı məsələyə baxılıb: "Onlardan 6-sının akkreditasiyası təsdiqləndi, 3-nün isə statusu dayandırılıb. Bununla da bir neçə aydır nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, statusu təsdiqlənmiş federasiyaların sayı 26-ya çatıb. Ümumilikdə, 25 federasiyanın isə statusu dayandırılıb. Yekunda daha ideal və uğurlu idman sistemi qura biləcəyik".







Xəbər news