25 oktyabr 2024. Cümə

Neftçi'nin Sivasspor'la matçının başlama saatı dəyişdi


Neftçi'nin Sivasspor'la matçının başlama saatı dəyişdi
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” ikinci yoxlama oyununu qardaş ölkənin “Sivasspor” klubuna qarşı keçirəcək. Corner.az xəbər verir ki, iyulun 11-də “The Sign Esentepe Hotel & Ski Center”in stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 12:30-da başlanacaq.
 
Daha öncə bu görüşə 16:45-də start veriləcəyi açıqlanmışdı.
 
Xatırladaq ki, iyulun 6-da “Sakaryaspor”la qarşılaşmış (1:1) “ağ-qaralar”ın iyulun 15-dək daha bir sınaq matçı keçirməsi nəzərdə tutulub.






Xəbər news