25 oktyabr 2024. Cümə

Mahir Emreli'nin komandası Super Kubokun qalibi oldu


Mahir Emreli'nin komandası Super Kubokun qalibi oldu
Futbol üzrə Xorvatiya Super Kubokunun qalibi müəyyənləşib. Corner.az xəbər verir ki, həlledici oyunda son ölkə çempionu – Zaqreb “Dinamo”su ilə Xorvatiya kubokunun qalibi olan Split “Hayduk”u qarşılaşıb.
 
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo”nun ev oyunlarını keçirdiyi “Maksimir”də baş tutan görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də Super Kubokun qalibi penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələrdə daha dəqiq olan Zaqreb təmsilçisi 4:1 hesabı ilə qələbə qazanıb.
 
Mahir bu görüşün iştirakçısı olmayıb. Zədəli olan 25 yaşlı futbolçu bu matçın iştirak ərizəsinə də daxil edilməyib.
 
Zaqreb “Dinamo”su tarixində 6-cı dəfə Super Kubokun qalibi olub.






Xəbər news