Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” Bolu toplanışını davam etdirir. Corner.az xəbər verir ki, “qırmızı-qaralar” qonşu ölkədə təşkil olunan təlim-məşq prosesinin altıncı gününü başa vurub.
Baş məşqçi Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi meydançada gerçəkləşib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər. Məşq ikitərəfli oyunla başa çatıb.