25 oktyabr 2024. Cümə

Aris'lə matç bizim üçün çox önəmlidir


Aris'lə matç bizim üçün çox önəmlidir

"Əsas hazırlığımız UEFA Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacağımız Kipr "Aris"i ilə oyunlara yönəlib. Bu matç bizim üçün önəmlidir və yaxşı hazırlaşırıq".

Corner.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Rəhman Hacıyev klubun rəsmi televiziyasına açıqlamasında deyib.

29 yaşlı yarımmüdafiəçi Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışında məşqlərin yaxşı və maraqlı keçdiyini bildirib: "Çox yaxşı kollektivimiz və məşqçilər korpusumuz var. İnanıram ki, bu qədər əziyyətin nəticəsini görəcəyik".

Hacıyev komandanın aparıcı futbolçusu olacağına inandığı sözlərini də əlavə edib: "Hər şey mənim özümdən, məşqimdən və göstərdiyim oyundan asılıdır. Baş məşqçi də bunları dəyərləndirəcək. Hamımız komandanın qələbəsi və öz karyeramız üçün çalışırıq. Mən də peşəkar futbolçu kimi işimə düzgün və ciddi yanaşıram. İnanıram ki, əsas heyətdə yerimi tutacağam".

O, rəqabətə hazır olduğunu vurğulayıb: "Həmişə rəqabəti sevdiyimi demişəm. Komandanın qələbəsi üçün kim yaxşı formadadırsa, o da oynamalıdır".

Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.







Xəbər news