'Qəbələ” və “Neftçi”nin Avropa Konfrans Liqasındakı rəqibləri – Macarıstanın “Fehervar” və Kiprin “Aris” (Limassol) komandaları yoxlama oyununda qarşılaşıblar. Corner.az xəbər verir ki, sözügedən komandalar Sloveniya toplanışı çərçivəsində üz-üzə gəliblər.
Üç qolun qeydə alındığı matçda “Fehervar” inamlı qələbə qazanıb – 2:1. Macarıstan təmsilçisinin qollarını dubl edən Kenan Kodro (16 və 40-cı dəqiqələrdə) vurub. Limassol təmsilçisində isə 25-ci dəqiqədə Matiya Şpolyariç fərqlənib.
Xatırladaq ki, “Qəbələ” və “Neftçi” sözügedən komandalarla iyulun 21-də və 28-də qarşılaşacaq