1 fevral 2026. Bazar günü

Renat Dadaşov qovuldu


Renat Dadaşov qovuldu

Portuqaliya Sequndasında 32-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Eştoril” də növbəti matçına çıxıb.Eştoril doğma meydanında “Akademiko Vizeu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlub olub– 1:3.

Dadaşov bu oyunda, start heyətdə meydana çıxıb. Lakin 54-cü dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, “Eştoril” 32 oyuna topladığı 51 xalla 4-cü pillədə qərarlaşıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO