2 fevral 2026. Bazar ertəsi

Neftçi Sivasspor'a məğlub oldu


Neftçi Sivasspor'a məğlub oldu

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" növbəti yoxlama oyununa çıxıb.

Corner.az-ın məlumatına görə, Laurentsiu Regekampfın rəhbərlik etdiyi komanda Türkiyə Super Liqasında çıxış edən “Sivasspor”la qarşılaşıb.

“The Sign Esentepe Hotel & Ski Center”in stadionunda keçiriləcək qarşılaşmada Sivas təmsilçisi minimal hesabla qələbə qazanıb - 0:1. Görüşdə yeganə qola 18-ci dəqiqədə İsaak Kofi imza atıb.

Qeyd edək ki, "Neftçi" Boludakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edib. "Ağ-qaralar" hazırlıq prosesində daha bir matç keçirməyi planlaşdırır.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO