Futbol üzrə Latviya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Asim Əlizadənin formasını geyindiyi “Dauqavpils” də bu mərhələdə mübarizə aparıb.
Futbolçumuzun komandası “Auda” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matçda “Dauqavpils” məğlubiyyətlə üzləşib – 1:2.
Bu məğlubiyyətdən sonra “Dauqavpils” kubokda mübarizəni dayandırıb. Asim sözügedən matçda sonadək ehtiyatda qalıb.