25 oktyabr 2024. Cümə

Dmitri Nazarov dubla imza atdı


Dmitri Nazarov dubla imza atdı
Almaniyanın “Ersgebirge” komandası yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama matçına çıxıb.

Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi Almaniya 3-cü liqa təmsilçisi Regional Liqada mübarizə aparan "Moyzelvits”lə üz-üzə gəlib.
 
Beş qolun qeydə alındığı matçda futbolçumuzun komandası 3:2 hesabı ilə qələbə qazanıb. Nazarov start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. O, sözügedən görüşdə dubl edib. Millimizin üzvü 5-ci dəqiqədə matçdakı ilk qola imza atıbsa, 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə hesabı 3:1 edib.






Xəbər news