25 oktyabr 2024. Cümə

Neftçi Türkiyə klubu ilə heç-heçə etdi


Neftçi Türkiyə klubu ilə heç-heçə etdi

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" sonuncu yoxlama oyununu keçirib.

Corner.az-ın məlumatına görə, Laurentsiu Regekampfın rəhbərlik etdiyi komanda Türkiyə Super Liqa təmsilçisi "Qaziantep"lə üz-üzə gəlib.

Qarşılaşmada qapılara ümumiyyətlə qol vurulmayıb.

Qeyd edək ki, Boludakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edən "ağ-qaralar" növbəti görüşündə "Sivasspor"a uduzub - 0:1.







Xəbər news